Makron Elizabet Bornu Baş nazir təyin edib - YENİLƏNİB

Makron Elizabet Bornu Baş nazir təyin edib - YENİLƏNİB Elizabet Born Fransanın yeni baş naziri təyin olunacaq.
Digər ölkələr
16 May , 2022 21:00
Makron Elizabet Bornu Baş nazir təyin edib - YENİLƏNİB

Elizabet Born Fransanın yeni Baş naziri olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayının bəyanatında deyilir.

“Respublika Prezidenti Emmanuel Makron Elizabet Bornu baş nazir təyin edib və ona yeni hökuməti qurmağı tapşırıb”, - kommünikedə bildirilir.

20:13

Elizabet Born Fransanın yeni baş naziri təyin olunacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Born hazırda Yelisey sarayındadır, onun vəzifəyə təyinatı yaxın dəqiqələrdə rəsmən açıqlanmalıdır.

Born Fransa tarixində baş nazir təyin edilən ikinci qadın olacaq. Ondan əvvəl bu postu qadınlardan yalnız Edit Kresson tutub.

Born 2019-cu ildən 2020-ci ilə qədər Fransanın kompeks ekoloji dəyişikliklər naziri vəzifəsində çalışıb, 2020-ci ildən isə əmək, məşğulluq və inteqrasiya naziri vəzifəsində çalışıb.

Daha əvvəl Fransa Prezidenti Emmanuel Makron Baş nazir Jan Kasteksin istefasını qəbul edib.

Son xəbərlər

Orphus sistemi