Fransanın Nitsa şəhərində insanlara çırpılan yük avtomobilinin sürücüsünün şəxsiyyəti məlum olub

Fransanın Nitsa şəhərində insanlara çırpılan yük avtomobilinin sürücüsünün şəxsiyyəti məlum olub Bu, 31 yaşlı Tunis əsilli şəxsdir
Digər ölkələr
15 İyul , 2016 05:29
Fransanın Nitsa şəhərində insanlara çırpılan yük avtomobilinin sürücüsünün şəxsiyyəti məlum olub

Bakı. 15 iyul. REPORT.AZ/ Fransanın Nitsa şəhərində terror aktı həyata keçirmiş şəxsin kimliyi məlum olub. 

"Report"un məlumatına görə, bu barədə yerli "Nice Matin" nəşri xəbər yayıb.

Nəşrin məlumatına görə, onlarla insanın ölümünə və xəsarət almasına səbəb olmuş yük avtomobilini yerli sakin, 31 yaşlı, Tunis əsilli şəxs idarə edib.   

"BFM TV" telekanalı isə yük avtomobilindən polisin güllələdiyi sürücünün şəxsiyyətini müəyyənləşdirən sənədin tapıldığını xəbər verib.  

Qeyd edək ki, Fransanın Nitsa şəhərində baş vermiş terror aktında 80 nəfər ölüb, 120-dən çox insan xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi