Fransanın hər yerində Makronun siyasətinə qarşı nümayişlər keçirilir

Fransanın hər yerində Makronun siyasətinə qarşı nümayişlər keçirilir Fransanın hər yerində solçu partiyaların tərəfdarlarının kütləvi nümayişləri keçirilir.
Digər ölkələr
7 Sentyabr , 2024 15:39
Fransanın hər yerində Makronun siyasətinə qarşı nümayişlər keçirilir

Fransanın hər yerində solçu partiyaların tərəfdarlarının kütləvi nümayişləri keçirilir.

“Report” TASS-a istinadən xəbər verir ki, onların iştirakçıları Fransa Prezidenti Emmanuel Makronun "Yeni Xalq Cəbhəsi" sol koalisiyasının namizədini ölkənin Baş naziri təyin etməkdən imtina etməsi ilə razılaşmırlar və dövlət başçısının istefasına çağırırlar.

“Actu.fr” portalının məlumatına görə, artıq Nant, Le Man və Nitsa şəhərlərində ilk etiraz aksiyaları başlayıb. Əvvəllər Prezident solçu koalisiyanın proqramını rədd etmişdi, baxmayaraq ki, ona daxil olan partiyalar parlamentdə prezident blokundan və “Milli Birlik”dən daha çox yer qazanıblar.

Bundan əlavə, solçuların qəzəbinə yayda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə görə partiyası yalnız dördüncü yeri tutan "Respublikaçılar"ın nümayəndəsi Mişel Barnyenin Nazirlər Kabinetinin yeni rəhbəri təyin edilməsi səbəb olub.

Bütün Fransada, o cümlədən Parisdə ümumilikdə 130-150 tədbir planlaşdırılır. Onlarda həm ayrı-ayrı siyasətçilər, həm partiya fəalları, həm də bir çox müxtəlif tələbə və gənclər təşkilatları iştirak edir.

“L'Est Républicain” qəzeti mənbələrə istinadən məlumat yayıb ki, hakimiyyət 30 minə qədər nümayişçinin olacağını və onlardan 8 min nəfərinin Paris küçələrinə çıxacağını gözləyir.

Son xəbərlər

Orphus sistemi