Fransanın dənizaşırı bölgələrindən birində çikunqunya epidemiyası yayılıb

Fransanın dənizaşırı bölgələrindən birində çikunqunya epidemiyası yayılıb Fransanın dənizaşırı ərazilərindən birində - Reyunyonda - universitet xəstəxanasında çikunqunya (ağcaqanad dişləməsi ilə ötürülən virus xəstəliyi) epidemiyasının kəskinləşməsi səbəbindən fövqəladə "Ağ plan" tətbiq edilib.
Digər ölkələr
5 aprel 2025 13:19
Fransanın dənizaşırı bölgələrindən birində çikunqunya epidemiyası yayılıb

Fransanın dənizaşırı ərazilərindən birində - Reyunyonda - universitet xəstəxanasında çikunqunya (ağcaqanad dişləməsi ilə ötürülən virus xəstəliyi) epidemiyasının alovlanması səbəbindən fövqəladə "Ağ plan" tətbiq edilib.

“Report” xəbər verir ki, bu barədə “Reunion la 1ere” portalı məlumat yayıb.

Qeyd olunub ki, bu tədbir epidemiyanın alovlanması ilə mübarizə üçün "bütün insani və maddi resursları səfərbər etmək" məqsədi daşıyır.

Məlumata görə, Reyunyonda 17-23 mart tarixləri arasında təxminən 6 min yoluxma halı aşkarlanıb. 2024-cü ilin avqustundan bəri 20 mindən çox xəstəliyə yoluxma halı qeydə alınıb, iki nəfər ölüb.

Epidemiya daha çox adanın cənubunu vurub, lakin ekspertlər hesab edirlər ki, hələ pik həddə çatmayıb. Radiostansiyanın məlumatına görə, bu, aprelin ortalarına qədər gözlənilir.

"Ağ plan" tibb müəssisələrinə müəyyən əməliyyatları ləğv etməyə və ya tibbi personalı məzuniyyətdən geri çağırmağa imkan verir. Sonuncu dəfə bu plan 2022-ci ilin yanvarında COVID-19 epidemiyası zamanı tətbiq edilmişdi.

Son xəbərlər

Orphus sistemi