Fransanın cənubunda meşə yanır

Fransanın cənubunda meşə yanır Fransanın cənubundakı Qard departamenti ərazisində ötən gündən tüğyan edən yanğınlar nəticəsində 557 hektar meşə və bitki örtüyü yanıb.
Digər ölkələr
29 İyun , 2019 13:28
Fransanın cənubunda meşə yanır

Fransanın cənubundakı Qard departamenti ərazisində ötən gündən tüğyan edən yanğınlar nəticəsində 557 hektar meşə və bitki örtüyü yanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, şam meşələri və kol-kosla yanaşı, zeytun və meyvə bağları, həmçinin 11 yaşayış evi alovdan böyük ziyan çəkib. Təbii fəlakətlə mübarizə tədbirləri üçün 550 yanğınsöndürən cəlb edilib, xüsusilə dağlıq ərazilərdə təyyarələr vasitəsilə alov ocaqlarını havadan su atılıb.

Bölgədə 30-dək yanğın ocağı təsbit olunub. Anomal istilərdən bir çox hallarda bitki örtüyünün öz-özünə tutuşduğu bildirilir. Yanğınlarda üçü yanğınsöndürən olmaqla 4 nəfər xəsarət alıb.

Xatırladaq ki, ötən gün Qard departamenti ərazisində Fransa üzrə hava hərarətinin 45,9 dərəcə olmaqla tarixi maksimumu yenilənib.

Son xəbərlər

Orphus sistemi