Fransada xarici kəşfiyyatın keçmiş rəhbəri generalla birlikdə hədə-qorxu ilə pul tələb edib

Fransada xarici kəşfiyyatın keçmiş rəhbəri generalla birlikdə hədə-qorxu ilə pul tələb edib Fransada məhkəmə Xarici Kəşfiyyat Baş İdarəsinin keçmiş rəhbəri Bernard Bajoleni hədə-qorxu ilə pul tələb etməkdə və şəxsi azadlığı pozmaqda ittiham edib.
Digər ölkələr
5 Yanvar , 2023 04:24
Fransada xarici kəşfiyyatın keçmiş rəhbəri generalla birlikdə hədə-qorxu ilə pul tələb edib

Fransada məhkəmə Xarici Kəşfiyyat Baş İdarəsinin keçmiş rəhbəri Bernard Bajoleni hədə-qorxu ilə pul tələb etməkdə və şəxsi azadlığı pozmaqda ittiham edib.

“Report” xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, 2013-cü ilin aprelindən 2017-ci ilin may ayına qədər kəşfiyyat xidmətinə rəhbərlik edən Bajole idarənin qərargah rəisi, general Jan-Pyer Palasse ilə birlikdə iş adamı Alen Dumesnildən hədə-qorxu ilə pul alınmasına razılıq verib.

2016-cı ilin mart ayında iş adamı Şarl de Qoll hava limanından Cenevrəyə uçmağa hazırlaşarkən sərhəd polisi ondan şəxsiyyət vəsiqəsini yoxlamaq üçün polis bölməsinə getməsini istəyib.

Orada idarənin iki mülki geyimli agenti Dumesnilin 15 milyon avro borcunu ödəməli olduğunu bildirib. İş adamının sözlərinə görə, agentlər ona ailəsinin fotolarını göstərib, təhdid ediblər, lakin o, əməkdaşlıqdan imtina edib və şikayət edib.

2000-ci illərin əvvəllərində kəşfiyyat agentliyi bir neçə lüks mal markasını birləşdirən “EK Finances” şirkətinə uğursuz investisiyadan sonra təxminən 23 milyon avro itirib. Zərərləri ödəmək üçün Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin işçiləri Dumesnil ilə onun şirkəti “Francesco Smalto Holding”in aktivlərini dəyişdirərək səhmləri geri almağa razılaşdılar.

Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxslərin bildirdiyinə görə, iş adamı birjada alqı-satqı yolu ilə gəlir əldə etmək əvəzinə, müflis olduğunu elan edib.

Bajolenin sözlərinə görə, o zaman ölkə prezidenti olan Fransua Olland idarənin maliyyə problemlərindən xəbərdar idi, lakin kəşfiyyat xidmətinin keçmiş rəhbəri Dumesnilin dindirilməsi üçün ondan razılıq istəmədiyini iddia edib.

O, hava limanında sorğu-sualın aparılmasının təfərrüatlarını bilmədiyini və yalnız ona icazə verdiyini deyib. Orada iştirak edən agentlərin adları açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi