Fransada terrorçu PKK tərəfdarları azadlıqdan məhrum edilib

Fransada terrorçu PKK tərəfdarları azadlıqdan məhrum edilib Onlar Türkiyənin Marseldəki Baş Konsulluğunun binasına və təhlükəsizlik əməkdaşlarına hücum ediblər
Digər ölkələr
24 Yanvar , 2018 16:57
Fransada terrorçu PKK tərəfdarları azadlıqdan məhrum edilib

Bakı. 24 yanvar. REPORT.AZ/ Türkiyənin Fransanın Marsel şəhərindəki Baş Konsulluğunun binasına və təhlükəsizlik əməkdaşlarına hücum edən terrorçu PKK qruplaşması və onun qolu PYD-nin 7 tərəfdarı həbs edilib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, onlar Türkiyə Silahlı Qüvvələrinin Afrindəki “Zeytun budağı” antiterror əməliyyatına etiraz olaraq Baş Konsulluğun binasına və təhlükəsizlik əməkdaşlarına hücum ediblər.

Marsel məhkəməsi diplomatik missiyanın binasına daş, dəyənək və kəsici alətlər atan terror qruplaşması tərəfdarlarına 3 aydan 1 ilədək həbs cəzası verib. 

Son xəbərlər

Orphus sistemi