Fransada respondentlərin 72 faizi "sarı jiletlilər"i dəstəkləyir

Fransada respondentlərin 72 faizi "sarı jiletlilər"i dəstəkləyir Bakı. 3 dekabr. REPORT.AZ/ Fransa əhalisinin 72 faizi sarı jiletlilərin tələblərini dəstəkləyir.
Digər ölkələr
3 Dekabr , 2018 12:40
Fransada respondentlərin 72 faizi sarı jiletliləri dəstəkləyir
0 : 00
0 : 00

Bakı. 3 dekabr. REPORT.AZ/ Fransa əhalisinin 72 faizi "sarı jiletlilər"in tələblərini dəstəkləyir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu “Harris Interactive” sosioloji rəy xidmətinin keçirdiyi sorğunun nəticəsi göstərib.

Rəyi soruşulanların 72 faizi "sarı jiletlilər"in avtomobil yanacağının qiymətinin bahalaşmasına qarşı keçirdikləri etiraz aksiyasını dəstəkləyib.

Respondentlərin 85 faizi isə aksiya iştirakçılarının törətdikləri iğtişaşı pisləyib.

Sorğu dekabrın 2-də internet vasitəsilə keçirilib. Bu tədbirdə yaşı 18-dən artıq olan 1016 nəfər iştirak edib.

Qeyd edək ki, Fransada qiymət artımına qarşı keçirilən "sarı jiletlilər"in etiraz aksiyası davam edir. Fransa polisi talanda iştirak etməkdə şübhəli bilinən 412 nəfəri tutub. Ölkə Daxili İşlər Nazirliyi bildirib ki, Parisdəki etiraz aksiyası nəticəsində azı 110 nəfər xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi