Fransada qoruyucu maskaları geyinmək məcburi ola bilər

Fransada qoruyucu maskaları geyinmək məcburi ola bilər Fransada may ayının 11-dən koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər yumşaldıqdan sonra ictimai nəqliyyatdan istifadə edən şəxslərin qoruyucu maskalardan istifadəsi məcburi ola bilər.
Digər ölkələr
20 Aprel , 2020 01:32
Fransada qoruyucu maskaları geyinmək məcburi ola bilər
google.az

Fransada may ayının 11-dən koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər yumşaldıqdan sonra ictimai nəqliyyatdan istifadə edən şəxslərin qoruyucu maskalardan istifadəsi məcburi ola bilər.

“Report” “TASS”a istinadən xəbər verir ki, belə bir bəyanatla Beşinci respublikanın baş naziri Eduard Filipp çıxış edib.

Hökumət başçısı əlavə edib ki, insanların sıx olduğu digər yerlərdə də qoruyucu maskaların taxılması zəruridir.

Öz növbəsində, Səhiyyə naziri Olivye Veran bildirib ki, əhalinin ehtiyaclarını tam ödəmək üçün xüsusi parçadan hazırlanan qoruyucu maskaların istehsalı artırılıb.

“Həftə ərzində 17 milyon qoruyucu maska istehsal etməyi düşünürük. Onların əksəriyyəti yuyula və təkrar istifadə edilə bilər. Bəziləri beş dəfə, bəziləri iyirmi, bəziləri hətta 30 dəfə yuyulub yenidən istifadə edilə bilər” - deyə nazir bildirib. 

Son xəbərlər

Orphus sistemi