Fransada qarışıqlıq yaratmaqda şübhəli bilinən 24 nəfər saxlanılıb

Fransada qarışıqlıq yaratmaqda şübhəli bilinən 24 nəfər saxlanılıb Onlar iki restoranın yandırılmasına cəhd göstərməkdə, habelə avtomobilləri, zibil yeşiklərini yandırmaqda şübhəli bilinirlər
Digər ölkələr
8 Fevral , 2017 03:58
Fransada qarışıqlıq yaratmaqda şübhəli bilinən 24 nəfər saxlanılıb

Bakı. 8 fevral. REPORT.AZ/ Fransanın paytaxtı Paris yaxınlığındakı Olne-su-Bua şəhərində qarışıqlıq yaratmaqda şübhəli bilinən 24 nəfər saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə "AFP" polisdəki mənbəyə istinadən xəbər verib.

Məlumatda bildirilir ki, onlar iki restoranın yandırılmasına cəhd göstərməkdə, habelə onlarla avtomobili və zibil yeşiklərini yandırmaqda şübhəli bilinirlər.

Qarışıqlıqlar fevralın 6-da başlayıb. Buna səbəb polis əməkdaşlarının ayın 2-də saxladıqları 22 yaşlı gəncə ağır xəsarət yetirmələridir. Asayiş keşikçilərinin gənci dəyənəklə döydükləri, ona qarşı zorakılıq tətbiq etdikləri bildirilir.

İnsident müşahidə kameralarına da düşüb. Faktla əlaqədar polis əməkdaşlarından birinə zor tətbiq etməklə bağlı ittiham irəli sürülüb. Ümumilikdə gəncə qarşı zor tətbiq etmiş 4 polis əməkdaşı işdən qovulub.

Hadisə zamanı xəsarət almış gənc hələ də xəstəxanada müalicə olunur. Həkimlər onun 2 ay ərzində işləyə bilməyəcəyini bildiriblər. 

Son xəbərlər

Orphus sistemi