Fransada qar uçqunu nəticəsində 1 nəfər ölüb, 2 nəfər itkin düşüb

Digər ölkələr
  • 08 mart, 2017
  • 09:51
Fransada qar uçqunu nəticəsində 1 nəfər ölüb, 2 nəfər itkin düşüb

Bakı. 8 mart. REPORT.AZ/ Fransanın Savoy əyalətində, Alp dağlarında baş vermiş qar uçqunu nəticəsində 1 Niderland vətəndaşı ölüb, iki nəfər isə itkin düşüb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, əvvəlcə qar ucqunu zamanı heç kəsin həlak olmadığı bildirilirdi. 

Ancaq ötən gün yayılan məlumatlarda Tin kurortunda baş vermiş təbii fəlakət zamanı qar uçqunu altında ən azı 10 nəfərin qalma ehtimalı olduğu vurğulanıb.

44 filmi