Fransada qaçqınlar düşərgəsində baş vermiş yanğında 10 miqrant xəsarət alıb

Fransada qaçqınlar düşərgəsində baş vermiş yanğında 10 miqrant xəsarət alıb Yanğın əfqan və kürd miqrantları arasında kütləvi davadan sonra baş verib
Digər ölkələr
11 Aprel , 2017 03:30
Fransada qaçqınlar düşərgəsində baş vermiş yanğında 10 miqrant xəsarət alıb

Bakı. 11 aprel. REPORT.AZ/ Fransanın şimalında yerləşən qaçqınlar düşərgəsində yanğın baş verib.

"Report"un məlumatına görə, bu barədə "Parisien" qəzeti xəbər verib.

Xəbərdə bildirilir ki, alov Qrant-Sent kommunasında, 1,5 min qaçqının yaşadığı düşərgəni bürüyüb. Hadisə zamanı 10 miqrant xəsarət alıb.

Yanğının soyuq silahlardan istifadə edən əfqan və kürd miqrant qruplaşmaları arasında kütləvi davadan sonra baş verdiyi bildirilir. Kütləvi dava zamanı 5 nəfər xəsarət alıb. Qarşıdurmanı aradan qaldırmaq üçün əraziyə xüsusi təyinatlı polis əməkdaşları cəlb edilib.

Yerli hakimiyyət orqanlarından bildirblər ki, taxta evciklərdən ibarət düşərgə tam yanıb.

Son xəbərlər

Orphus sistemi