Fransada pensiya islahatlarına qarşı etirazlarda Bordo meriyasının binası yandırılıb

Fransada pensiya islahatlarına qarşı etirazlarda Bordo meriyasının binası yandırılıb Martın 23-də Fransanın Bordo şəhərində naməlum şəxslər meriya binasını yandırıblar.
Digər ölkələr
24 Mart , 2023 01:05
Fransada pensiya islahatlarına qarşı etirazlarda Bordo meriyasının binası yandırılıb

Martın 23-də Fransanın Bordo şəhərində naməlum şəxslər meriya binasını yandırıblar.

“Report” “France Bleu” nəşrinə istinadən xəbər verir ki, yanğın qısa zamanda nəzarət altına alınıb.

Zərər yalnız giriş qapısı və binanın bir hissəsi ilə məhdudlaşıb. Prefekturadan verilən məlumata görə, yanğın qəsdən törədilib, hadisədə əli olan şəxslər hələlik məlum deyil.

Bordo şəhərinin meri Pyer Yurmik, Jironda prefekti Etyen Qio ilə birlikdə hadisə yerinə gəlib.

İnsident nəticəsində bir nəfər həbs edilib.

Xatırladaq ki, Fransa hökuməti martın 16-da parlamentdən yan keçən pensiya islahatını təsdiqləyib. Belə bir qərarın təşəbbüskarı ölkə prezidenti adlanır. Pensiya islahatları fonunda Makronun reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb.

Sənəd pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi