Fransada oteldə baş vermiş yanğında 10 nəfər xəsarət alıb

Fransada oteldə baş vermiş yanğında 10 nəfər xəsarət alıb Fransanın Antib kommunasında yerləşən “Appart city” otelində baş vermiş yanğın səbəbindən 50-dən çox otel sakini təxliyə edilib.
Digər ölkələr
15 Noyabr , 2021 11:53
Fransada oteldə baş vermiş yanğında 10 nəfər xəsarət alıb

Fransanın Antib kommunasında yerləşən “Appart city” otelində baş vermiş yanğın səbəbindən 50-dən çox otel sakini təxliyə edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Onlardan biri güclü yanıq xəsarətləri alıb və digər 7 nəfərlə birlikdə xəstəxanaya yerləşdirilib. İki nəfərə isə yerində tibbi yardım göstərilib.

Yanğın nəticəsində bir otaq tamamilə yanıb, daha 24 otaq tüstüyə bürünüb. Yanğının söndürülməsinə 63 xilasedici və fövqəladə hallar üzrə xidmətlərin 30-dək avtomobili cəlb edilib.

Son xəbərlər

Orphus sistemi