Fransada koronavirusdan ölənlərin sayı 24,6 minə çatdı

Fransada koronavirusdan ölənlərin sayı 24,6 minə çatdı Fransada son bir gündə daha 218 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
1 May , 2020 22:00
Fransada koronavirusdan ölənlərin sayı 24,6 minə çatdı

Fransada son bir gündə daha 218 nəfər koronavirusdan ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə səhiyyəsi baş idarəsinin direktoru Jerom Salomon Səhiyyə Nazirliyində keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, bununla ölkədə COVID-19 qurbanlarının sayı 24 594 nəfərə çatıb.

"Ölkədə COVID-19-dan ölənlərin sayı 24 594 nəfər təşkil edir. Bu halda 218 nəfər bir gün ərzində artdı", - o deyib.

Jerom Salomonun sözlərinə görə, epidemiya ərzində xəstəxanalarda 15 369 insan ölüb, qocalar evlərində isə 9 225 nəfər vəfat edib. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi