Fransada keçmiş prezident Jak Şirakla vida mərasimi keçirilir - VİDEO

Fransada keçmiş prezident Jak Şirakla vida mərasimi keçirilir - VİDEO Fransanın paytaxtı Paris şəhərində ölkənin keçmiş prezidenti Jak Şirakla vida mərasimi keçirilir.
Digər ölkələr
29 Sentyabr , 2019 18:50
Fransada keçmiş prezident Jak Şirakla vida mərasimi keçirilir - VİDEO

Fransanın paytaxtı Paris şəhərində ölkənin keçmiş prezidenti Jak Şirakla vida mərasimi keçirilir.

“Report”un Fransa bürosu xəbər verir ki, Fransa xalqı prezidentlə vidalaşmaq üçün “İnvalidin San-Lui” kilsəsinin önünə toplaşıblar.

Bu gün ancaq Fransa xalqı keçmiş prezidentlə vidalaşacaq. Vida mərasiminə minlərlə şəxs gəlib. Mərasimdə iştirak edən Fransa sakini bildirib ki, ölkənin keçmiş prezidenti Jak Şirak xalqla daim ünsiyyətdə olub: "Xalqın səsinə hər zaman qulaq asırdı. Gözəl dövlət başçısı idi. Xalq onun üçün bu gün bura yığışıb".

Sabah Fransa Respublikasının Prezidenti Emmanuel Makron və xanımı Bridcit Makron, ölkənin rəhbər şəxslərinin iştirakı ilə rəsmi vida mərasimi keçiriləcək. Mərasimdə xarici dövlətlərin cari və keçmiş rəhbərləri, hökumət başçılarının iştrakı gözlənilir.

Fransanın keçmiş prezidenti Jak Şirak sabah Parisin “Monparnas” qəbiristanlığında yerli vaxtla saat 15:00-da dəfn ediləcək. Dəfn olunma mərasimi ailə çərçivəsində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi