Fransada keçirilən yerli seçkilərdə Sarkozinin partiyası qalib gəlir

Fransada keçirilən yerli seçkilərdə Sarkozinin partiyası qalib gəlir Yerli seçkilər prezident seçkiləri ərəfəsində ictimai rəyin indikatoru hesab olunur
Digər ölkələr
30 Mart , 2015 00:30
Fransada keçirilən yerli seçkilərdə Sarkozinin partiyası qalib gəlir

Bakı.30 mart. REPORT.AZ/ Fransada keçirilən yerli seçkilərin ikinci turunda sabiq prezident Nikola Sarkozinin liderliyindəki sağ-mərkəzçi Xalq Hərəkatı Ittifaqı gələbə qazanır.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, "exit-poll"arın nəticələrinə görə, N.Sarkozinin partiyası hazırki prezident Fransua Ollandın Sosialist Partiyasından ən azı iki dəfə çox səs toplayıb.

Marin Le Penin rəhbərlik etdiyi ultra sağ "Milli Cəbhə" də mövqelərini gücləndirib.

Qeyd edək ki, yerli seçkilər 2017-ci ildə Fransada keçiriləcək prezident seçkiləri ərəfəsində ictimai rəyin indikatoru hesab olunur.

Seçkilərdə 42 milyon nəfər, yəni seçicilərin 41,49 faizi iştirak edib. Fransada 2011-ci ildə keçirilmiş əyalət seçkiləri ilə müqayisədə seçicilərin fəallığı bir qədər azalıb. 

Son xəbərlər

Orphus sistemi