Fransada Barak Obamanın prezidentliyə namizədliyini irəli sürmək istəyirlər

Fransada Barak Obamanın prezidentliyə namizədliyini irəli sürmək istəyirlər ABŞ-ın keçmiş prezidentinin fransız tərəfdarları müvafiq petisiya imzalamağı xahiş edirlər
Digər ölkələr
24 Fevral , 2017 16:35
Fransada Barak Obamanın prezidentliyə namizədliyini irəli sürmək istəyirlər

Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Fransadakı tərəfdarları onun bu ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək istəyirlər.

"Report" xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat verib.

Məlumata görə, Parisdə üzərində "Obama17" yazısı və onun şəkli, eləcə də obama2017.fr saytının linki olan plakatlar görünüb.

Bu ideyanın təşəbbüskarları fransızlardan ABŞ-ın keçmiş liderinin Fransada prezident seçkilərində iştirak etməsi üçün müvafiq petisiya imzalamağı xahiş edirlər. Təşkilatçılar istəklərinin yerinə yetməsi üçün 1 milyon imza toplanmasının zəruri olduğunu bildiriblər.

Eyni zamanda, telekanal vurğulayıb ki, qanuna görə, Fransa prezidenti bu ölkənin vətəndaşı olmalıdır və Barak Obamanın belə hüququ yoxdur.

Son xəbərlər

Orphus sistemi