Fransada avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Fransada avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var Fransada sərnişin avtobusu qəzaya uğrayıb.
Digər ölkələr
7 Oktyabr , 2019 00:46
Fransada avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Fransada sərnişin avtobusu qəzaya uğrayıb.

Bu barədə "Report" "Frans ble" radiostansiyasına istinadən xəbər verir.

Məlumata görə, qəza ölkənin cənubundakı Od departamentində baş verib. "Flixbus" şirkətinə məxsus sərnişin avtobusu yoldan çıxaraq xəndəyə aşıb. Qəza nəticəsində 1 nəfər həlak olub, daha 17 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisə yerinə iki helikopter, həmçinin bir neçə xilasetmə maşını cəlb edilib.

Hadisə zamanı avtobusda 30 sərnişin olub. Qəzanın başvermə səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi