Fransada “Amazon”un anbar inşasına qarşı etiraz aksiyası keçirilir

Fransada “Amazon”un anbar inşasına qarşı etiraz aksiyası keçirilir Etiraz təşkilatçıları şirkətin fəaliyyətinin iş yerlərini dağıtdığını, kiçik dükanların bağlanmasına səbəb olduğunu və ətraf mühitə mənfi təsir etdiyini düşünürlər
Digər ölkələr
30 Yanvar , 2021 17:57
Fransada “Amazon”un anbar inşasına qarşı etiraz aksiyası keçirilir

Fransanın cənubundakı Furne kommunası yaxınlığında 1 000-ə yaxın fransız ABŞ-ın “Amazon” şirkəti tərəfindən anbar inşa edilməsinə etiraz olaraq təşkil olunan aksiyada iştirak edir.

“Report” xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Məlumata görə, aktivistlər UNESCO-nun Dünya İrsi Siyahısında yer alan Pon dü Qar körpüsünün yaxınlığında ağac və kollar əkirlər. Çünki bu ərazinin yaxınlığında “Amazon” 38 min kvadrat metrlik anbar inşa etməyi planlaşdırır. Aksiya ekoloji və antikapitalist assosiasiyaların çağırışı ilə keçirilir.

Etiraz təşkilatçıları şirkətin fəaliyyətinin iş yerlərini dağıtdığını, kiçik dükanların bağlanmasına səbəb olduğunu və ətraf mühitə mənfi təsir etdiyini düşünürlər.

Agentliyin yazdığına görə, oxşar aksiyaların Mets, Kemper və Ruanda da keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi