Fransa XİN Olland və Putinin görüşü üçün şərtləri açıqlayıb

Fransa XİN Olland və Putinin görüşü üçün şərtləri açıqlayıb Jan-Mark Eyro: "Olland Hələb və Suriyadakı vəziyyəti nəzərə alaraq, qərar qəbul edəcək"
Digər ölkələr
10 Oktyabr , 2016 13:15
Fransa XİN Olland və Putinin görüşü üçün şərtləri açıqlayıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Fransa prezidenti Fransua Olland rusiyalı həmkarı Vladimir Putinlə görüşüb-görüşməyəcəyi barədə qərarı Hələb və Suriyadakı vəziyyəti nəzərə alaraq qəbul edəcək".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Mark Eyro deyib.

"Fransa prezidenti rusiyalı həmkarı ilə görüşmək qərarına gələrsə, bu, lütfkarlıq xətrinə yox, həqiqətləri söyləmək üçün olacaq", - deyə XİN başçısı bildirib.

Qeyd edək ki, daha əvvəl Fransa prezidenti Rusiya dövlət başçısının oktyabrın 19-da Parisə səfəri zamanı onunla görüşmək üçün vaxt tapa biləcəyinə əmin olmadığını söyləyib.

Son xəbərlər

Orphus sistemi