Yuxarı

​Fransa Senatının sədri İran prezidenti ilə görüşüb

Jerar Larşe: İrana tətbiq edilən sanksiyaların qaldırılması Tehranla Paris arasında ikitərəfli əlaqələri möhkəmləndirəcək

Bakı. 28 yanvar. REPORT.AZ/ Fransa Senatının sədri Jerar Larşe İran prezidenti Həsən Ruhani ilə Parisdə görüşüb.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Məlumata görə, görüşdə ikitərəfli münasibətlərin səviyyəsinin artırılması, beynəlxalq və regional məsələlər müzakirə edilib.

Larşe bildirib ki, İrana tətbiq edilən sanksiyaların qaldırılması Tehranla Paris arasında ikitərəfli əlaqələri möhkəmləndirəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi