Fransa Səhiyyə Nazirliyi: Yaxın günlərdə "Delta" ştammı geniş yayılacaq

Fransa Səhiyyə Nazirliyi: Yaxın günlərdə "Delta" ştammı geniş yayılacaq Fransa hökumətinin məlumatına görə, hazırda Fransada koronavirusa yoluxmuş şəxslərin 50%-də delta ştammı qeydə alınıb.
Digər ölkələr
9 İyul , 2021 13:04
Fransa Səhiyyə Nazirliyi: Yaxın günlərdə Delta ştammı geniş yayılacaq

"Yaxın günlərdə "Delta" ştammı Fransada ən geniş yayılmış variant olacaq".

Report TASS-yə istinadən xəbər verir ki, bu barədə Fransanın səhiyyə naziri Olivye Veran məlumat verib.

O, “France Inter” radiostansiyasının efirində bildirib ki, bu ştamm əvvəlki variantlara nisbətən daha yoluxucudur, bu səbəbdən hökumət bütün fransızları vaksinləməyə laqeyd yanaşmamağa və sanitar təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırır.

Fransa hökumətinin məlumatına görə, hazırda Fransada koronavirusa yoluxmuş şəxslərin 50%-də delta ştammı qeydə alınıb. Ölkədə sanitar vəziyyətin pisləşməsi səbəbindən hökumət bu yay pandemiyanın 4-cü dalğasının baş vermə riskini istisna etməyib.

Son xəbərlər

Orphus sistemi