Fransa Prezidentinin reytinqi görünməmiş dərəcədə azalıb

Fransa Prezidentinin reytinqi görünməmiş dərəcədə azalıb Bakı. 4 dekabr. REPORT.AZ/ Fransa Prezidenti Emanuel Makronun dəstək reytinqi fəaliyyəti müddətinin minimumu olan 23 faizədək azalıb.
Digər ölkələr
4 Dekabr , 2018 13:55
Fransa Prezidentinin reytinqi görünməmiş dərəcədə azalıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Fransa Prezidenti Emanuel Makronun dəstək reytinqi fəaliyyəti müddətinin minimumu olan 23 faizədək azalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu “İfop” agentliyinin “Paris Match” dərgisi və “Sud Radio” üçün keçirdiyi rəy sorğusunun nəticələri göstərir. 

“Paris Match” yazır ki, sorğunun nəticələrinə görə, hər 10 fransızın 8-i dövlət başçısının siyasətini bəyənmir. Belə ki, E.Makronun reytinqi noyabr ayına nisbətən 6 faiz azalaraq 23 faiz təşkil edir. Eyni dəstək səviyyəsinə 2013-cü ilin dekabr ayında Makronun sələfi Fransua Hollandın malik olduğu vurğulanır.

“Bu göstəricinin onun 2017-ci il aprel ayında keçirilmiş prezident seçkilərinin birinci turundakı reytinqinə həmahəng olduğu rəmzi məna daşıyır”, –  nəşr yazıb.

Xatırladaq ki, noyabrın 17-dən etibarən ölkədə benzinin bahalaşmasına və vergilərin artmasına qarşı kütləvi etirazlar baş qaldırıb.

Son xəbərlər

Orphus sistemi