Fransa prezidenti Kubaya qarşı sanksiyaları ləğv etməyə çağırıb

Fransa prezidenti Kubaya qarşı sanksiyaları ləğv etməyə çağırıb Fransua Olland: "Kuba üçün gələcək perspektivlər təmin edilməlidir"
Digər ölkələr
26 Noyabr , 2016 16:27
Fransa prezidenti Kubaya qarşı sanksiyaları ləğv etməyə çağırıb

Bakı. 26 noyabr. REPORT.AZ/ "Kubaya qarşı sanksiyalar ləğv olunmalıdır".

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Fransanın prezidenti Fransua Olland bildirib. 

"Fidel Kastronun vəfatı ilə əlaqədar bir daha israrla vurğulayıram ki, bu embarqo Kubaya zərər vurur, ona görə də ləğv olunmalıdır. Kuba üçün gələcək perspektivlər təmin edilməli,bu ölkə ilə ticari mübadilə üçün zəruri şərait yaradılmalıdır, o zaman Kuba beynəlxalq ictimaiyyətin tamhüquqlu üzvü olacaq", - Fransua Olland qeyd edib. O əlavə edib ki, "Fransa hər zaman Kubaya həqiqi tərəfdaş kimi yanaşıb". 

Son xəbərlər

Orphus sistemi