Fransa prezidenti Emmanuel Makronun hökumət üzvlərinin 12-si istefa verib

Fransa prezidenti Emmanuel Makronun hökumət üzvlərinin 12-si istefa verib Fransa prezidenti Emmanuel Makron hakimiyyətə gələndən etibarən hökumətin 12 üzvü istefa verib.
Digər ölkələr
17 Dekabr , 2019 02:57
Fransa prezidenti Emmanuel Makronun hökumət üzvlərinin 12-si istefa verib

Fransa prezidenti Emmanuel Makron hakimiyyətə gələndən etibarən hökumətin 12 üzvü istefa verib.

"Report"un yerli bürosu xəbər verir ki, bu gün istefa verən Fransanın təqaüd üzrə ali kommissarı Jean-Paul Delevoye hökuməti tərk edən 16-cı, istefa verən 12-ci üzvüdür.

E.Makronun hökumətini tərk edən hökumət üzvlərinin yalnız 1-i siyasi fikirlərində yaranan ziddiyyətlər səbəbindən vəzifəsini tərk edib. Əksəriyyəti isə qanunsuz fəaliyyətdə şübhəli bilindikləri üçün vəzifədən getməli olublar.

Qeyd edək ki, Fransanın təqaüd üzrə ali kommissarının istefa verməsinə səbəb dekabrın 5-dən ölkədə xaosa səbəb olan kütləvi etiraz aksiyaları olub. Aksiyaların 13-cü günü təqaüd sistemində islahatlara qarşı çıxış edən milyonlarla insanın tələbi hələ də təmin edilməyib.

Son xəbərlər

Orphus sistemi