Fransa baş nazirinin İsrailə səfəri təxirə salınıb

Fransa baş nazirinin İsrailə səfəri təxirə salınıb Bakı. 23 may. REPORT.AZ/ Fransanın baş naziri Eduard Filippenin İsrailə səfəri təxirə salınıb.
Digər ölkələr
23 May , 2018 17:27
Fransa baş nazirinin İsrailə səfəri təxirə salınıb
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ Fransanın baş naziri Eduard Filippenin İsrailə səfəri təxirə salınıb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı Fransa hökuməti yayıb.

Səfərin təxirə salınmasına səbəb olaraq hökumətin, o cümlədən baş nazirin qarşıdan gələn günlərdə qrafikinin sıx olması  göstərilib. Bura Fransa dəmir yolunda islahat, ictimai təşkilatlarla birgə tədbirlər də daxildir.

Qeyd edək ki, E.Filippenin mayın 31-də İsrailə iki günlük səfər etməsi planlaşdırılırdı. Onun səfəri iyunun 1-də başa çatacaqdı.

Son xəbərlər

Orphus sistemi