Fransa 100 min ukraynalı qaçqını qəbul edib

Fransa 100 min ukraynalı qaçqını qəbul edib Fransa Rusiyanın hərbi əməliyyat başlamasından sonra Ukraynadan 100 mindən çox qaçqını qəbul edib.
Digər ölkələr
4 İyul , 2022 03:39
Fransa 100 min ukraynalı qaçqını qəbul edib

Fransa Rusiyanın hərbi əməliyyat başlamasından sonra Ukraynadan 100 mindən çox qaçqını qəbul edib.

“Report” xəbər verir ki, bu barədə “Le Monde” qəzetinə müsahibəsində nazirliklərarası böhran mərkəzinin rəhbəri, prefekt Cozef Zimet bildirib.

Prefekt qeyd edib ki, son vaxtlar qaçqınların qəbulunun dinamikası azalmağa başlayıb, lakin buna baxmayaraq, Fransa hər həftə təxminən 300 nəfəri qəbul edir: “Biz effektiv qəbul sistemi qurmuşuq, 18 mindən çox uşaq artıq məktəbə gedib”.

Zimet etiraf edib ki, Fransa hakimiyyəti 50 min ukraynalının hazırda harada yaşadığı barədə məlumatı yoxdur: “Sentyabrda biz altı aylıq qalma icazələrini uzatmalı olduğumuz zaman, qaçqınların şəraiti və gələcəkdə necə yaşamağı planlaşdırdıqları barədə daha çox məlumat əldə edəcəyik.

Hakimiyyət qaçqınları qəbul edən fransız ailələri üçün müavinətlərin məbləğini nəzərdən keçirir. Ayda 150-200 avro məbləğində maliyyə yardımı haqqında danışmaq olar. Qaçqınların hotellərdə yerləşdirilməsi imkanları tətil mövsümünün başlaması ilə əlaqədar olaraq çətinləşir. Bütün hallarda biz ukraynalıların parklarda və ya çimərliklərdə yatmasına icazə verə bilmərik”.

Son xəbərlər

Orphus sistemi