Françesko Rokka yenidən BQXK-nın prezidenti seçilib

Françesko Rokka yenidən BQXK-nın prezidenti seçilib Francesko Rokka yenidən dörd il müddətinə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Qızıl Aypara Cəmiyyətinə prezident seçilib.
Digər ölkələr
20 İyun , 2022 03:08
Françesko Rokka yenidən BQXK-nın prezidenti seçilib
Francesko Rokka

Francesko Rokka yenidən dörd il müddətinə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Qızıl Aypara Cəmiyyətinə prezident seçilib.

“Report”un məlumatına görə, bu barədə təşkilatın yaydığı məlumatda deyilir.

"Biz çox təlatümlü dövrlərdə yaşayırıq. Qlobal iqtisadi qeyri-sabitlik, ərzaq qıtlığı, iqlim böhranı və səhiyyə sahəsində fövqəladə halların təhlükəli yolları birləşərək dünya üçün görünməmiş risk anı yaradır", - Rokka təşkilatın Baş Assambleyasının səsverməsindən sonra deyib.

Rokka BQXK-nın əsas prioritetlərini iqlim böhranının artan humanitar təsirinin aradan qaldırılması, sağlamlıq sahəsində bərabərsizliklərin azaldılması və miqrantların dəstəklənməsi və müdafiəsi kimi qeyd edib. O, beynəlxalq ictimaiyyəti qlobal həmrəyliyi əsas seçməyə çağırıb.

“Mən öz icmalarına kömək etmək üçün hazırda əllərindən gələn köməyi edən 14 milyon könüllü ilə birlikdə bu çətinliyin öhdəsindən gəlməkdən qürur duyuram”, - prezident əlavə edib.

Əvvəllər BQXK-nin İtaliya bölməsinin rəhbəri olmuş Françeska Rokka daha əvvəl 2017-ci ilin noyabrında Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Qızıl Aypara cəmiyyətlərinə rəhbər seçilib. O, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Qızıl Aypara Cəmiyyətlərinin Baş Assambleyasının Türkiyənin Antalya şəhərində keçirilən iclasında vəzifəyə seçilmişdi. Rokka bu vəzifədə Tadaru Konoeni əvəz etmişdi. Konoe isə 2009-cu ildən 2017-ci ilədək BQXK-yə rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi