Avropa İttifaqı (Aİ) Suriyanın yeni hakimiyyət orqanları ilə, o cümlədən humanitar kanallar vasitəsilə əlaqələri intensivləşdirməyə qərar verib.
"Report"un məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz Suriyanın yeni hakimiyyət orqanları və yerdəki bütün oyunçularla əlaqələri gücləndirmək qərarına gəldik. Səfirimiz Dəməşqə qayıdır və biz də heç vaxt kəsilməyən humanitar əlaqələrimizdən istifadə etmək niyyətindəyik, baxmayaraq ki, Aİ həmişə Əsəd hökuməti ilə heç bir əlaqə yoxdur" prinsipinə əməl edib”, - o deyib.
Fon der Lyayen həmçinin vurğulayıb ki, Aİ Suriya ilə qarşılıqlı əlaqədə humanitar yardımdan, o cümlədən yardım donorlarının beynəlxalq konfransları vasitəsilə toplanan yardımlardan fəal istifadə etmək niyyətindədir.