Floridada binanın dağılmasından sonra 159 nəfərin taleyi naməlum qalır

Floridada binanın dağılmasından sonra 159 nəfərin taleyi naməlum qalır Mayami şəhərində evin dağılmasından sonra 159 nəfərin taleyi naməlum qalır. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
Digər ölkələr
25 İyun , 2021 17:23
Floridada binanın dağılmasından sonra 159 nəfərin taleyi naməlum qalır

ABŞ-ın Florida ştatının Mayami Deyd dairəsində binanın dağılmasından sonra 159 nəfərin taleyi naməlum qalır.

Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

“İtkin düşmüş şəxslərin sayı 159-a çatıb”, - Mayami Deyd dairəsinin meri Daniella Lavin Kava mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, indiyədək ölmüş şəxslərin sayı 4-ə çatıb. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Xatırladaq ki, Mayami Deyd dairəsinin Sörfsayd şəhərciyində bina qismən dağılıb. Hadisə yerinə 80 xilasetmə briqadası yönləndirilib. İndiyədək 40-dək insanın dağıntılar altından çıxarıldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi