Finlandiyada Turku şəhərindəki bıçaqlı hücumla əlaqədar daha 5 nəfər saxlanılıb

Finlandiyada Turku şəhərindəki bıçaqlı hücumla əlaqədar daha 5 nəfər saxlanılıb Turkudakı hücum terror aktı kimi qəbul edilib
Digər ölkələr
19 Avqust , 2017 13:18
Finlandiyada Turku şəhərindəki bıçaqlı hücumla əlaqədar daha 5 nəfər saxlanılıb

Bakı. 19 avqust. REPORT.AZ/ Finlandiya polisi Turku şəhərində bıçaqla yoldan keçənlərə hücum edilməsi faktının istintaqı üzrə daha 5 nəfəri həbs edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, polis əməliyyatı gecə saatlarında Turku şəhərində bir mənzildə həyata keçirib.

Finlandiya Milli İstintaq Bürosunun baş müfəttişi Markus Leyn bildirib ki, əsas şübhəli ilə yanaşı, daha 5 şübhəli də müvəqqəti saxlama təcridxanasında saxlanılır: "Saxlanılan 5 nəfər əsas şübhəli ilə əlaqəli olub. İndi onların hücumla bağlılığının olub-olmadığı araşdırılır".

Finlandiya Mərkəzi Kriminal Polisi isə, öz növbəsində, cümə günü Turku şəhərində baş verən hücumun terror aktı kimi araşdırıldığını vurğulayıb. O, hadisəni törədənin kimliyinin polis tərəfindən artıq müəyyən olunduğunu bildirib: "Bu, 18 yaşlı Mərakeş vətəndaşıdır".

Qeyd edək ki, hücum zamanı 2 Finlandiya vətəndaşı ölüb, 8 nəfər yaralanıb. Yaralılar arasında bir İtaliya və iki İsveç vətəndaşı da var. Hüquq-mühafizə orqanları əməkdaşları hücum edənə atəş açaraq onu ayağından yaralayıb və sonra saxlayıb.

Helsinkidə hava və dəniz limanlarında, dəmir yolu vağzallarında hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.

Son xəbərlər

Orphus sistemi