Finlandiya və Estoniya arasında “Balticconnector” sualtı qaz kəməri bir neçə aya bərpa olunacaq.
"Report"un məlumatına görə, bunu "Demokraatti" jurnalına müsahibəsində Finlandiyanın "Gasgrid Finland" operator şirkətinin direktoru Yanne Qryonlund deyib.
"Qryonlund iddia edir ki, borunun istismara qaytarılması üçün əlbəttə ki, aylarla müddət çəkəcək", - nəşr yazır.
“Gasgrid Finland”ın direktorunun sözlərinə görə, hazırda sızmanın şübhəli yeri ilə bağlı heç bir qiymətləndirmə yoxdur. Baş verənlərin səbəbini anlamaq üçün kifayət qədər məlumat da yoxdur”, - o qeyd edib. Təmir işləri davam edərkən təbii sərvətin tədarükü “İnkoo” LNG terminalı vasitəsilə həyata keçiriləcək.
Oktyabrın 8-də Finlandiya və Estoniya arasında yerləşən “Balticconnector” dənizaltı qaz kəmərinin sızma ehtimalı səbəbindən bağlandığı məlum olub. İki ölkənin operatorları həmin gün yerli vaxtla saat 02:00 radələrində boru kəmərində təzyiqin qeyri-adi enişini müşahidə ediblər.
“Balticconnector” qaz kəməri 2019-cu ildə tikilib. Magistral Fin körfəzinin dibi ilə Estoniyanın Paldiski şəhərindən Finlandiyanın İnkoo şəhərinə qədər uzanır.