Finlandiya əcnəbi tələbələrə yaşayış icazələrinin verilməsi qaydalarını sərtləşdirəcək

Digər ölkələr
  • 11 sentyabr, 2023
  • 17:25
Finlandiya əcnəbi tələbələrə yaşayış icazələrinin verilməsi qaydalarını sərtləşdirəcək

Finlandiya hökuməti əcnəbi tələbələrə və tədqiqatçılara yaşayış icazələrinin verilməsi qaydalarını sərtləşdirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Yle” telekanalı məlumat yayıb.

Məlumata görə, kritik infrastruktur və texnologiya sahəsində çalışan insanlara münasibətdə təhlükəsizlik yoxlanışının tətbiqinin genişləndirilməsi imkanlarını qiymətləndirmək lazımdır.

“Təhlükəsizlik baxımından kritik sahələrdə çalışan, məsələn, ikili istifadə texnologiyalarının yaradılması ilə məşğul olan tələbələrə və tədqiqatçılara yaşayış icazələrinin verilməsi şərtləri dəqiqləşdiriləcək və məhdudlaşdırılacaq”, - telekanal xəbər verib.

Bundan əlavə, Finlandiyanın daxili işlər naziri Mari Rantanen qeyd edib ki, əcnəbilər haqqında mövcud qanun belə şəxsin təhlükəsizliyə və ümumi asayişə təhlükə törətməsi əsasında yaşayış icazəsinin verilməsindən imtinanın mümkün edir.

44 filmi