Filippində tayfun nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb

Filippində tayfun nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb Filippində “Ursula” tayfununun törətdiyi fəsadlar üzündən ölənlərin sayı 41 nəfərə çatıb.
Digər ölkələr
29 Dekabr , 2019 13:28
Filippində tayfun nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb

Filippində “Ursula” tayfununun törətdiyi fəsadlar üzündən ölənlərin sayı 41 nəfərə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Milli Təbii Fəlakətlər Təhlükəsinin Qabaqlanması və İdarəedilməsi Şurasından (NDRRMC) verilən məlumata görə, bundan əlavə, 28 nəfər xəsarət alıb, 12 nəfər isə itkin düşüb.

Xatırladaq ki, dekabrın 24-də Filippinə çatan “Ursula” tayfunu ölkənin orta bölgəsindəki bir sıra əyalətdə leysan yağışları və fırtına kimi təbii hadisələrə səbəb olub. İki mindən çox yaşayış evinə və 55 məktəb binasına ziyan dəyib, 150 şəhərdə elektrik təchizatı kəsilib. Ölkənin 44 minədək sakini təxliyyə edilib.

Son xəbərlər

Orphus sistemi