Filippində ölənlərin sayı 26 nəfərə çatıb

Digər ölkələr
  • 12 avqust, 2026
  • 12:10
Filippində ölənlərin sayı 26 nəfərə çatıb

Filippində "Luis" və "Meymey" tropik siklonları, eləcə də cənub-qərb mussonu (Xabaqat) səbəbindən baş verən hadisələr nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli media Filippin Milli Polisinin məlumatlarına istinadən bildirib.

Ölənlər arasında 25 dinc sakin və bir polis əməkdaşı var.

Həmçinin 14 nəfər yaralanıb.

"Məsuliyyətimiz axtarış-xilasetmə əməliyyatları ilə məhdudlaşmır. Biz təhlükəsizliyi təmin edərək, yardım göstərilməsi səylərini dəstəkləyərək və icmalara təbii fəlakətin nəticələrindən qurtulmağa kömək edərək bərpa mərhələsində iştirak etməyə davam edəcəyik", - milli polis bildirib.

Ümumilikdə təbii fəlakətdən 3 milyondan çox insan və ya 909 ailə zərər çəkib. Zərərçəkmiş əhali arasından 80 442 nəfər və ya 22 893 ailə 881 təxliyə mərkəzində yerləşdirilib.