BQXK-nın məlumatına əsasən, Şərqi Samar vilayətində 21 nəfər ölüb, onlardan 16-sı - Boranqan şəhərində həlak olub.
Bir müddət əvvəl xəbər verilib ki, təbii fəlakət zonasından yarım milyona qədər filippinli təxliyyə olunub. Fövqəladə hallarda idarəolunma üzrə Milli Komitənin (NDRRMC) məlumatına əsasən, təbii fəlakətdən artıq bir milyondan çox insan zərər çəkib.
Təbii fəlakəti müşayiət edən şiddətli yağışlar ölkənin mərkəzi hissələrində torpaq sürüşmələrinə səbəb olub, bu da elektrik enerjisinin və yerüstü əlaqənin kəsilməsinə gətirib çıxarıb.