Filippin sanksiyalar səbəbindən Rusiyadan helikopter almaqdan imtina edib

Digər ölkələr
  • 07 dekabr, 2018
  • 16:31
Filippin sanksiyalar səbəbindən Rusiyadan helikopter almaqdan imtina edib

Bakı. 7 dekabr. REPORT.AZ/ Filippin hökuməti Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalara görə bu ölkənin helikopterlərini almaqdan imtina edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Filippinin müdafiə naziri Delfin Lorenzana məlumat verib.

Onun sözlərinə görə, Filippin bunun əvəzinə ABŞ helikopterləri alacaq: "Rusiya istehsalı olan “Mi-171” tipli helikopterlərinin əvəzinə, gələn il 240 milyon dollar məbləğində 16 ədəd “Black Hawk” helikopterinin tədarükü üçün müqavilə imzalanacaq".