Fidel Kastro 89-cu ad gününü ABŞ-a qarşı sərt ittihamlarla qeyd edib

Digər ölkələr
  • 13 avqust, 2015
  • 17:05
Fidel Kastro 89-cu ad gününü ABŞ-a qarşı sərt ittihamlarla qeyd edib

Bakı. 13 avqust. REPORT.AZ/ Kubanın əfsanəvi lideri Fidel Kastro 89-cu ad günündə uzun müddət çəkən sükutu pozub və ABŞ-Kuba danışıqları ilə bağlı öz fikirlərini açıqlayıb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, yerli “Granma” qəzetində çap olunan məktubunda Kastro yazır ki, şəxsən ABŞ-a inanmır, ancaq buna baxmayaraq, danışıqlara dəstək verir. 

Onun sözlərinə görə, rəsmi Vaşinqton 53 ildir Kubaya qarşı tətbiq etdiyi embarqoya görə Havanaya külli-miqdarda kompensasiya ödəməlidir.

Xatırladaq ki, Fidel Kastro yaşlılıqdan və ciddi xəstəliyindən dolayı fəal həyatdan çəkilərək, iqtidarı qardaşı Raula buraxıb.