Fici sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Fici sahillərində 5,5 bal gücündə zəlzələ baş verib Zəlzələ Sakit Okeanın cənub hissəsində Fici adaları rayonunda qeydə alınıb
Digər ölkələr
14 Yanvar , 2017 11:30
Fici sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Bakı. 14 yanvar. REPORT.AZ/ Sakit Okeanın cənub hissəsində Fici adalarında 5,5 bal gücündə zəlzələ olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar bu gün Bakı vaxtı ilə saat 09:11-də qeydə alınıb. Zəlzələnin ocağı 175 kilometr dərinlikdə, Fici adalarındakı Nandi şəhərindən 178 km cənub-qərbdə yerləşib.

Dağıntı və ya tələfat barəsində məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb

Son xəbərlər

Orphus sistemi