FES rəhbəri ABŞ Prezidentinin tənqidlərinə cavab verib

FES rəhbəri ABŞ Prezidentinin tənqidlərinə cavab verib Donald Tramp hazırda ABŞ prezidenti olmağa keçmiş namizəd Herman Keynin FES rəhbərliyinə gətirilməsi məsələsini nəzərdən keçirir
Digər ölkələr
5 Fevral , 2019 10:28
FES rəhbəri ABŞ Prezidentinin tənqidlərinə cavab verib
New York Magazine
0 : 00
0 : 00

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FES) sədri Cerom Pauell Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Görüş zamanı C.Pauell FES-in qeyri-siyasi qərarlar qəbul etmək niyyətini açıqlayıb. O əlavə edib ki, FES pul-kredit siyasətini maksimum məşğulluq və sabit qiymətləri dəstəkləmək məqsədi ilə həyata keçirəcək.

Görüşdə həmçinin FES rəhbərinin müavini Riçard Klarida və ABŞ-ın maliyyə naziri Stiven Mnuçin iştirak ediblər.

ABŞ KİV-inin məlumatına görə, D.Tramp hazırda ABŞ Prezidenti olmağa keçmiş namizəd Herman Keynin FES rəhbərliyinə gətirilməsi məsələsini nəzərdən keçirir.

O, 2011-ci ildə prezidentlik yarışında iştirak edib, lakin iki qadına qarşı cinsi təcavüz ittihamları ilə əlaqədar kampaniyasını dayandırmaq məcburiyyətində qalıb.

Son xəbərlər

Orphus sistemi