Yuxarı
    Bağlamaq

    Fələstin lideri İsrailin keçmiş prezidentinin dəfnində iştirak edəcək

    Bununla bağlı müraciət hökumətin İude və Samaridəki əlaqələndiricisi, general-mayor Yoava Mordexa təqdim edilib

    Bakı. 29 sentyabr. REPORT.AZ/ Fələstin Dövlətinin başçısı Mahmud Abbas İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək niyyətində olduğunu bildirib.

    "Report" "Newsru.co.il"ə istinadən xəbər verir ki, o, bu məqsədlə yüksək vəzifəli 4 məmurla İsrailə getmək niyyətindədir.

    Məlumata görə, bununla bağlı müraciət hökumətin İude və Samaridəki əlaqələndiricisi, general-mayor Yoava Mordexa təqdim edilib.

    İsrail KİV-ləri yazır ki, Mahmud Abbas Şimon Peresin ailə üzvlərinə başsağlığı teleqramı göndərib. O, yəhudi dövlətinin 9-cu prezidentinin Fələstin muxtariyyətinin mərhum başçısı Yasər Ərəfat və İsrailin keçmiş baş naziri İtshak Rabinin sülh prosesindəki həmkarı adlandırıb.

    Qeyd edək ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 28-də vəfat edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi