Fələstin aprelin 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olacaq

Fələstin aprelin 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olacaq Mahmud Abbas məhkəməyə üzvlükdən İsrail siyasətçiləri və hərbçilərinə qarşı iddiaların irəli sürülməsi üçün istifadə etmək niyyətini bildirib
Digər ölkələr
7 Yanvar , 2015 10:41
Fələstin aprelin 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olacaq

Bakı. 7 yanvar. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun bildirib ki, Fələstin aprelin 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü olacaq. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Fələstin Dövlətinin prezidenti Mahmud Abbas dekabr ayının 31-də BCM Roma statusunu imzalayıb. O, üzvlükdən İsrail siyasətçiləri və hərbçilərinə qarşı iddiaların irəli sürülməsi üçün istifadə etmək niyyətini  bildirib. İsrail Abbasın hərəkətlərini pisləyib və onları birtərəfli addım kimi qiymətləndirib. İsrail tərəfi bunun Fələstin və İsrail arasında sülh danışıqları üçün zərbə olduğunu hesab edir.

Son xəbərlər

Orphus sistemi