Estoniya Rusiya ilə sərhəddə keçid məntəqələrini dərhal bağlamağa hazırdır

Estoniya Rusiya ilə sərhəddə keçid məntəqələrini dərhal bağlamağa hazırdır Estoniya polisi və sərhədçiləri lazım gələrsə, Rusiya ilə sərhəddəki bütün sərhəd-keçid məntəqələrini dərhal bağlamağa hazırdır.
Digər ölkələr
24 İyun , 2024 03:39
Estoniya Rusiya ilə sərhəddə keçid məntəqələrini dərhal bağlamağa hazırdır

Estoniya polisi və sərhədçiləri lazım gələrsə, Rusiya ilə sərhəddəki bütün sərhəd-keçid məntəqələrini dərhal bağlamağa hazırdır.

“Report” xəbər verir ki, bu barədə Finlandiyanın “STT” xəbər agentliyinə polis və sərhədçilərin nümayəndələri məlumat veriblər.

Estoniya Polis və Sərhəd Xidmətinin direktoru İvo Utsar vəziyyəti diqqətlə izlədiklərini və qətiyyətli tədbirlər görməyə hazır olduqlarını vurğulayıb.

Estoniya Polisi və Sərhəd Mühafizəsi Departamenti Rusiya ilə sərhəddə xeyli növbə yarandığı üçün “Narva-1” keçid məntəqəsini vaxtından əvvəl bağlayıb.

Rusiya ilə Estoniya sərhədində üç sərhəd-keçid məntəqəsi var ki, onlardan biri - “Narva” yalnız gündüz saatlarında açıqdır. “Luhamaa” və “Koydula” keçid məntəqələri tam fəaliyyətdədir.

Son xəbərlər

Orphus sistemi