Əşrəf Qaninin qardaşı “Taliban”a qoşulub

Əşrəf Qaninin qardaşı “Taliban”a qoşulub Əfqanıstanın sabiq prezidenti Əşrəf Qaninin qardaşı Həşmət Qani “Taliban” hərəkatına qoşulub.
Digər ölkələr
21 Avqust , 2021 14:48
Əşrəf Qaninin qardaşı “Taliban”a qoşulub

Əfqanıstanın sabiq prezidenti Əşrəf Qaninin qardaşı Həşmət Qani “Taliban” hərəkatına qoşulub.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə hərəkat nümayəndələri bəyan ediblər.

“Əfqanıstanın sabiq prezidenti Əşrəf Qaninin qardaşı Həşmət Qani Xəlil Əl-Rəhman Hakkaninin iştirakı ilə İslam Əmirliyinə sədaqət andı içib”, - bəyanatda deyilir.

Qeyd edək ki, Xəlil Əl-Rəhman Hakkani “Taliban”la sıx əməkdaşlıq edən “Hakkani şəbəkəsi” terror qruplaşmasının yüksək vəzifəli üzvüdür. Avqustun 21-də onun Kabildə Əfqanıstanın sabiq baş naziri, Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyarla görüşdüyü bildirilir.

Son xəbərlər

Orphus sistemi