Bakı. 15 dekabr. REPORT.AZ/ Suriya ordusu ölkənin ikinci böyük şəhəri olan Hələbi ilə Türkiyə arasındakı dəhlizi ələ keçirib.
"Report"-un TASS-a istinadən verdiyi məlumata görə, intensiv döyüşlər əsasən Handarat rayonunda gedir. Ordunun irəliləməsi ilə Hələbdə olan muxalif əsgərlərdən bir qismi şəhərdən çəkiliblər. Onlardan 34-ü son bir gündə Bəşər Əsəd birlikləri tərəfindən öldürülüb.
Beləliklə, B.Əsəd iki ildən sonra Hələbdə hakimiyyəti ələ keçirə bilib. Hələbin ələ keçirilməsi ilə "müxaliflərin" Suriya daxilində aktiv müharibə apardıqları heç bir böyük şəhər mərkəzi qalmayıb.
Əsəd ordusu İŞİD-in əlindəki Rakka və Dey Əz-Zor şəhərlərində də əməliyyatlar başladıb.