Bir gün əvvəl Buenos-Ayresdə Boliviya Senatı və Deputatlar Palatası tərəfindən 1915-ci il "erməni soyqırımı"nın tanınması haqqında sənədin təqdimetmə mərasimi baş tutub. Sənədlər Ermənistanın Argentinadakı səfiri Vaaqn Melikyana və EAK (Ermənistan apostol kilsəsi) Argentina Yeparxiyasının rəhbəri, arxiyepiskop Qisak Muradyana təqdim edilib.
Tədbirə Boliviya Senatının sədr müavini, Senatın fəaliyyətdə olan sədri Sonya Quardia Melqar və Deputatlar Palatasının üzvü Farides Vala Suares de Suarea dəvət olunub.