Ermənistan parlamentinin komissiyası Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament layihəsini təsdiqləyib.
“Report” bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Sənədin lehinə 5, əleyhinə isə 3 deputat səs verib.
Layihənin parlamentin sabah keçirilməsi planlaşdırılan iclası çərçivəsində ratifikasiya olunacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.
Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.