Ermənipərəst senatorun həyat yoldaşının törətdiyi yol qəzasının videogörüntüləri yayılıb

Ermənipərəst senatorun həyat yoldaşının törətdiyi yol qəzasının videogörüntüləri yayılıb Ermənipərəst senator Robert (Bob) Menendezin həyat yoldaşı Nadin Arslanyanın piyadanın ölümü ilə nəticələn törətdiyi yol qəzasını əks etdirən videogörüntülər yayılıb. Lakin o, buna görə heç bir cəza çəkməyib.
Digər ölkələr
5 Oktyabr , 2023 13:35
Ermənipərəst senatorun həyat yoldaşının törətdiyi yol qəzasının videogörüntüləri yayılıb

Ermənipərəst senator Robert (Bob) Menendesin həyat yoldaşı Nadin Arslanyanın törətdiyi, piyadanın ölümü ilə nəticələnən yol qəzasını əks etdirən videogörüntülər yayılıb. Lakin o, buna görə heç bir cəza almayıb.

“Report” xəbər verir ki, hadisə 2018-ci ilin dekabrında Nyu-Cersi ştatının Boqota şəhərində baş verib. Lakin bu hadisə KİV-in diqqətini cəlb etməyib və cinayəti törədən şəxs buna görə məsuliyyətə cəlb olunmayıb.

Avtomobili senator R.Menendesin həyat yoldaşı N.Arslanyan idarə edirdi. Daha sonra o, polisə bildirib ki, yolu keçmək istəyən və avtomobilinin qarşısına çıxan şəxsi görməyib. Qəza nəticəsində 49 yaşlı Riçard Koop ölüb. Berqen bölgəsinin tibbi ekspertinin sözlərinə görə, onun meyiti yolun kənarında qalmış və pis vəziyyətə düşmüşdü.

Son xəbərlər

Orphus sistemi