Bakı. 20 fevral. REPORT.AZ/ Suriya silahlıları Türkiyə ordusu artilleriyasının yaylım atəşindən sonra Afrindən geri çəkiliblər.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Bu gün axşam onlarla avtomobilin Afrin istiqamətində hərəkət etməsi qeydə alınıb. Lakin sonra artilleriya atəşi başlayıb və onlar qayıtmağa məcbur ediliblər", - deyə Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, hər şey bununla başa çatıb.
"Dünən biz cənab Vladimir Putinlə və cənab Həsən Ruhani ilə danışıqlar aparmışıq. Bu məsələdə razılaşmamız var. Bilirsiniz, təəssüf ki, belə terror qrupları bəzən özləri üçün qəbul etdikləri qərarlara əsasən yanlış addımlar atırlar. Bizim buna imkan verməyimiz mümkün deyil. Onlar bütün bunların qarşılığını çox ağır formada ödəməli olurlar", - deyə o, əlavə edib.